Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi

0

  •            Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın
    20% ərazisi işğal edilmiş, bir milyona yaxın soydaşımız daimi yaşayış yerlərini
    tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır.
    İşğal prosesi zamanı minlərlə soydaşımız qətlə yetirilmiş, xalqımıza qarşı
    Xocalıda, Meşəlidə, Qaradağlıda, Ağdabanda, Başlıbeldə soyqırımı  hadisələri törədilmişdir. Eyni zamanda
    yaşayış məntəqələrimiz dağıdılaraq xarabazarlığa çevrilmiş, milli və dini abidələrimiz
    dağıdılaraq Azərbaycan izinin silinməsi istiqamətində əsil vandalizm həyata
    keçirilmişdir. Yuxarıda sadalanan vəhşilik aktlarına baxmayaraq Azərbaycan dövləti
    və xalqı hümanistlik göstərərək məsələnin beynəlxalq təşkilatların vasitəçiliyi
    ilə qan tökülmədən, danışıqlar yolu ilə həll edilməsinə razılıq vermişdi. Lakin
    ermənilər və onların havadarları Azərbaycanın məsələnin həllinə hümanist
    yanaşmanı düzgün qiymətləndirməyərək bunu Azərbaycanın zəifliyi kimi dəyərləndirdilər
    və danışıqlar prosesini imitasiya naminə davam etdirməyə üstünlük verdilər. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan
    Respublikasının Prezidenti seçildikdən dərhal sonra  bəyan etdi ki, biz danışıqlar xatirinə
    danışıqlar aparmayacağıq. Cənab Prezident İlham Əliyev görəndə ki, nə Ermənistan,
    nə də problemin həllində vasitəçi rolunda çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri
    məsələnin həllini deyil, uzadılmasının tərəfdarı kimi çıxış edirlər, Azərbaycanın
    işğal olunmuş ərazilərinə Suriya, Livan və digər dövlətlərdən erməniləri köçürərək
    demoqrafik vəziyyəti dəyişməyə, Azərbaycan xalqını məğlubiyyətlə barışmağa
    çalışırlar. Bundan sonra cənab Prezident açıq 
    şəkildə məsələnin yeni həll variantını, hərbi – siyasi  həll yolunu bəyan etdi. Dövlətin bütün
    resurslarını səfərbər edərək güclü iqtisadiyyat formalaşdıraraq Ordu
    quruculuğuna xüsusi diqqət yetirdi və nəticədə müasir dövrün tələblərinə cavab
    verən qüdrətli Ordu yaratdı. Formalaşdırılmış qüdrətli Azərbaycan Ordusuna
    lazımi anda, uyğun şəraitdə irəli əmri verildi və cəmi 44 günlük Vətən müharibəsi
    Ermənistan üzərində möhtəşəm Qələbə ilə başa çatdı. Ermənistan Ordusu
    darmadağın edildi, Ermənistan kapituliyasiya  aktına imza atmağa məcbur oldu, Azərbaycanın ərazi
    bütövlüyü təmin edildi və tarixi ədalət bərpa olundu. Azərbaycana yeni müharibə,
    yeni torpaqlar iddiası ilə hədə-qorxu gələn Ermənistan ordusunun silahlarının
    böyük bir hissəsi Azərbaycan Ordusu tərəfindən vurularaq məhv edildi, bir hissəsi
    isə qənimət kimi ələ keçirildi. Cənab Prezident İlham Əliyev tərəfindən olduqca
    müdrik qərar qəbul edilərək Ermənistan ordusundan ələ keçirilmiş hərbi
    texnikalardan ibarət “Qənimətlər Parkı” yaradıldı. Bu parkın yaradılması olduqca mühüm siyasi əhəmiyyət kəsb
    edir. Bu bir tərəfdən Ermənistanı əvəzsiz olaraq hərbi texnika ilə təmin edən
    Rusiyaya, digər tərəfdən isə Ermənistan və dünya erməniliyinə mesaj idi.  Bu o demək idi ki, siz Ermənistanı
    silahlandıraraq, hər tərəfli dəstək göstərərək Azərbaycanın ərazilərini əbədi
    olaraq işğal altında saxlamaq istəyirdiniz. Amma bacarmadınız. Azərbaycan
    Ordusu verdiyiniz silah – sursat və hərbi texnika ilə birlikdə Ermənistan
    ordusunu məhv etdi, bir hissəsini isə qənimət olaraq ələ keçirdi.

    2020-ci ilin dekabr ayının 10-da keçirilmiş
    Hərbi Parad xalqımız və dövlətimiz üçün olduqca qürurverici hadisələrdən
    biridir. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Qalib Azərbaycan Silahlı Qüvvələrinin
    Azadlıq Meydanında təşkil olunmuş Hərbi Paradı Azərbaycan Ordusunun qüdrətini
    nümaiş etdirməklə yanaşı Azərbaycanla Türkiyənin bir millət iki dövlət
    olmasının təsdiqi idi. Qeyd olunan Hərbi Paradı hər iki dövlət başçısının birgə
    müşayət etmələri isə türk dünyasına düşmən olan qüvvələrə açıq mesaj idi.

    Birliyimiz
    qalibiyyətimizdir!

    Qarabağ Azərbaycandır!
     

                       Vahid
    Əliyev,

          YAP
    Xocalı rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib49 dəfə
    Azərbaycan Ordusu öz qəhrəmanlığı peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib o erməni mifini məhv etdi

    Maraqlı gələ bilər
    54